ANAMA Ağcabədi, Ağdam və Tərtərdə mərmi qalıqları aşkarlayıb

ANAMA Ağcabədi, Ağdam və Tərtərdə mərmi qalıqları aşkarlayıb
# 08 avqust 2016 14:49 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində əkin sahəsində bir partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayonunun Əfətli kəndi ərazisində də 1 əkin sahəsində isə iki partlayış yerinə baxış keçirilib, partlamış top mərmisi və "Qrad" ((9M22U raketi) qalıqları aşkar edilərək götürülüb.

Tərtər rayonunun Şıxarx kəndi ərazisində otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 8 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR