FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib

FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib
# 07 avqust 2016 18:32 (UTC +04:00)

Bakı - APA. Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:55-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR