Şirvanda partlayış nəticəsində xəsarət alan 20 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-2

Şirvanda partlayış nəticəsində xəsarət alan 20 nəfər xəstəxanaya yerləşdirilib - <span style="color: red;">YENİLƏNİB-2
# 26 iyul 2016 15:55 (UTC +04:00)

Könül Kamilqızı - APA. Şirvanda partlayış nəticəsində xəsarət alan 20 nəfər xəstəxanaya çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan 2-i tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 18 nəfərin müalicəsi davam etdirilir. Yaralananlar əsasən, kişilərdir.

***

17:15

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda baş vermiş partlayışda xəsarət alan 12 nəfər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-nın yerli bürosuna bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilir.

***

17:02

Bakı. Könül Kamilqızı – APA. Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb.

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.

***

16:58

Bakı. Könül Kamilqızı – APA. Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayış nəticəsində xəsarət alan 6 nəfər ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, onların vəziyyəti ağırdır. Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir. Bildirilib ki, yaralı sayının artacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR