Dələduzluqda təqsirləndirilən şəxs 8 il azadlıqdan məhrum edilib

Dələduzluqda təqsirləndirilən şəxs 8 il azadlıqdan məhrum edilib
# 12 iyul 2016 12:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Budaqovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə N. Budaqovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Qeyd edək ki, N. Budaqov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR