Avropa İttifaqı Aleksandr Lukaşenkoya qarşı sanksiyaları ləğv edə bilər

Avropa İttifaqı Aleksandr Lukaşenkoya qarşı sanksiyaları ləğv edə bilər
# 17 sentyabr 2015 16:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. “Avropa İttifaqı çox güman ki, ötən ay siyasi məhbusların azadlığa buraxılması ilə əlaqədar Belarusa qarşı bəzi sanksiyaları, o cümlədən Aleksandr Lukaşenkoya qoyulan səyahət qadağasını dayandıracaq” , - deyə diplomatik mənbə bildirib.


Mənbə insan haqlarının pozulması ilə əlaqədar 200 şəxsə münasibətdə tətbiq olunan viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvinin nəzərdə tutulduğunu da deyib: “Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə şamil edilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR