Azərbaycanda məşhur şirkətə qarşı şikayət təmin edilib

Azərbaycanda məşhur şirkətə qarşı şikayət təmin edilib
# 06 aprel 2016 08:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Atropatena” QSC-nin “Nestle Azərbaycan” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib.

Qeyd edək ki, “Atropatena” QSC müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib.

Bundan sonra “Atropatena” QSC apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR