MSK 8 nəfərin deputatlığa namizədliyini qeydə alıb

MSK 8 nəfərin deputatlığa namizədliyini qeydə alıb
# 18 sentyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisə seçkilərlə əlaqədar ilk 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov indiyə qədər 923 nəfərin deputatlığa namizədliyinin irəli sürüldüyünü nəzərə çatdırıb. Məlum olub ki, 923 nəfərdən 388 nəfərin namizədliyi fərdi qaydada, 3 nəfərin namizədliyi təşəbbüs qurupu, 34 nəfərin namizədliyi Azadlıq-2015 siyasi partiyalar bloku, 498 nəfərin namizədliyi isə 13 partiya tərəfindən irəli sürülüb.

Namizədliyi irəli sürülənlərdən 720 nəfərin namizədliyini irəli sürməsi təsdiqlənib, 583 nəfərə imza vərəqi verilib. İndiyə qədər 39 nəfər imza vərəqini dolduraraq geri qaytarıb və bunlardan da 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR