Masallıda evdən oğurluq olub

Masallıda evdən oğurluq olub
# 17 iyul 2016 20:05 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda oğurluq hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında kənd sakini, 38 yaşlı Seyfəli Təyyar oğlu Baxşəliyevə məxsus evi qarət ediblər.

Evin birinci mərtəbəsinin pəncərəsindən mənzilə soxulan naməlum şəxslər oradan 3 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də 500 ABŞ dolları və 150 manat pul oğurlayıblar. Ev sahibinin sözlərinə görə, oğurluq baş verən vaxt ailə yaxın qohumlarının evində qonaq olub və hadisə barədə yalnız növbəti gün xəbər tutub. Qarətçilərin evə yaxınlaşmaları qonşuluqdakı evdə quraşdırılmış müşahidə kamerasına düşüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, oğurluq hadisəsini törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR