Rusiya vətəndaşları Xaçmazda qəzaya düşüblər

Rusiya vətəndaşları Xaçmazda qəzaya düşüblər
# 14 sentyabr 2016 07:26 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Xaçmaz – Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat-Yalama yolunda Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhər sakini, 31 yaşlı Ruslan Novruzovun idarə etdiyi “Lada Largus” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və 2 sərnişin xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücü R. Novruzova sağ tərəfdən döş qəfəsinin əzilməsi, sərnişinlər - Dərbənd şəhər sakinləri, 33 yaşlı Paşa Şahmuradovaya bel nahiyəsinin sol tərəfinin sıyrıntıları, 29 yaşlı Rüstəm Qasımova isə sağ bud çanaq oynağının yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR