Hüquq müdafiəçiləri xəstəxanada baş vermiş ölüm faktını araşdırıblar

Hüquq müdafiəçiləri xəstəxanada baş vermiş ölüm faktını araşdırıblar
# 30 sentyabr 2015 08:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan 9 nəfərlə görüşüblər. Onun sözlərinə görə, saxlanılan şəxslərin hər hansı şikayəti olmayıb.

Daha sonra Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Çingiz Osmanov və 12-ci Polis Bölməsinin rəisi Ülvi Məmmədovla da görüşdüklərini deyən hüquq müdafiəçisi görüşdə mətbuatda 12-ci Polis Bölməsində döyülərək öldürüldüyü bildirilən Ramana qəsəbə sakini Şaiq Sadıqovla bağlı araşdırma apardıqlarını bildirib: "Ramasa qəsəbə sakini, 1983-cü il təvəllüdlü Şaiq Sadıqov sentyabrın 27-də 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Həmin məsələ ilə bağlı söhbətimiz oldu. Bizə bildirdilər ki, sentyabrın 25-də bir nəfər vətəndaş ərizə ilə 12-ci Polis Bölməsinə müraciət edərək mal-qara oğurluğu ilə bağlı şikayət edib. Həmin şikayətlə bağlı Şaiq Sadıqov sentyabrın 25-də bölməyə çağırılıb, dindirilib, izahatı alındıqdan sonra bölmədən çıxıb gedib. Sentyabrın 26-da isə ailə üzvləri onu xəstəxanaya yerləşdiriliblər və o, sentyabrın 27-də əməliyyat olunan zaman ölüb. Şaiqin qardaşı ilə birlikdə meyitə baxış keçirilib və onun üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb. Biz Şaiqin anası Məxmər Sadıqova ilə də görüşdük. O, bildirdi ki, oğlunun başında problemi olub və o, xəstə olub. Onun polis bölməsində döyülüb öldürülməsi barədə hər hansı müsahibələri, müraciətləri olmayıb, hər hansı şikayətləri də yoxdur”.

Qeyd edək ki, Şaiq Hüseynov sentyabrın 27-də xəstəxanada əməliyyat olunan zaman ölüb. KİV-də onun 12-ci Polis Bölməsində döyülərək öldürülməsi barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR