Rövnəq Abdullayev: "SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir"

Rövnəq Abdullayev: "SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir"
# 14 yanvar 2016 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir".

APA-Economics”in xəbərinə görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində bildirib.

R. Abdullayev bildirib ki, ötən gün Tbilisidə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi bloku ilə keçirdiyi görüş olduqca müsbət ab-havada baş tutub.

"Çətinliklərə baxmayaraq, biz Gürcüstan hökuməti qarşısında götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Danışıqlara gəldikdə, müzakirə predmeti bir sıra texniki problemlər olub. Gürcüstanın Energetika Nazirliyinin birgə səyləri ilə biz bütün məsələləri həll etdik", - deyə R. Abdullayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR