Şabranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Şabranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 09 avqust 2015 05:07 (UTC +04:00)

Bakı-APA. Şabranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Taxtakörpü qəsəbəsi, Bakı-Quba yolunun 118-ci kilometrliyində 1992-ci il təvəllüdlü İlkin Elçin oğlu Muradova məxsus “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı dəmir səttlərə çırpılıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü İ.E. Muradov vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR