AİB və Gürcüstan arasında yeraltı qaz anbarının inşası ilə bağlı maliyyə müqaviləsinin imzalanacağı tarix açıqlanıb

AİB və Gürcüstan arasında yeraltı qaz anbarının inşası ilə bağlı maliyyə müqaviləsinin imzalanacağı tarix açıqlanıb
# 01 may 2018 10:49 (UTC +04:00)

Avropa İnvestisiya Bankı (AİB) tərəfindən Gürcüstanda yeraltı qaz anbarının tikintisinə maliyyənin ayrılması ilə bağlı müqavilə bu ilin sonu və ya 2019-cu ilin əvvəlində imzalana bilər.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə bankın vitse-prezidenti Vazil Hudak deyib.

Bank rəsmisi bildirib ki, qaz anbarının tikintisinə təxminən 100 mln. avro məbləğində vəsaitin ayrılması nəzərdə tutulub: “Layihə Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəldilib. Dünən bu layihə ilə bağlı Gürcüstanın iqtisadiyyat naziri ilə müzakirə aparılıb”.

Qeyd edək ki, qonşu ölkədə qaz anbarının tikintisi layihəsinin ümumi dəyəri təxminən 300 mln. dollar təşkil edir.

Əsasən Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın saxlanılacağı anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır. Yeraltı qaz anbarının tikintisinin 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Qaz anbarında 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının təxminən 15%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR