Giorgi Marqvelaşvili: “Gürcüstan mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır”

Giorgi Marqvelaşvili: “Gürcüstan mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır”
# 25 may 2018 20:28 (UTC +04:00)

"Gürcüstan mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə səfərdə olan erməni həmkarı Armen Sarkisyanla görüşdə bildirib.

G. Marqvelaşvili deyib ki, Gürcüstan münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyir: “Gürcüstan üçün suverenlik prinsipləri və ərazi bütövlüyü məsələsi strateji əhəmiyyətə malikdir”.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyi müzakirə olunub. Tərəflər Gürcüstan və Ermənistan arasında dostluq və qonşuluq münasibətlərinin gücləndirilməsinə maraq ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR