Rusiyada azərbaycanlı "qanuni oğru" saxlanılıb

Rusiyada azərbaycanlı "qanuni oğru" saxlanılıb
# 09 avqust 2017 08:41 (UTC +04:00)

Rusiyanın Ulyanovsk şəhərində Yunus Bakinski ləqəbli 56 yaşlı azərbaycanlı “qanuni oğru” Yunus Nəzərov saxlanılıb.

APA-nın “primecrime.ru” saytına istinadən verdiyi məlumata görə, Y. Nəzərov Rusiyanın miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Sorğu zamanı o bildirib ki, Azərbaycan vətəndaşıdır və 10-15 gündür Ulyanovskda dincəlir.

Y. Nəzərov daha əvvəl 6 dəfə həbs olunub. O, 1982-ci ildə kriminal avtoritet Yetim Hüseyn tərəfindən “taclandırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR