Ucarda avtomobil beton plitəyə çırpılıb, xəsarət alan var

Ucarda avtomobil beton plitəyə çırpılıb, xəsarət alan var
# 17 noyabr 2016 07:58 (UTC +04:00)

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Kamran İlyas oğlu Sadıqovun idarə etdiyi “Ford” markalı maşın idarəetmədən çıxaraq səkinin kənarındakı beton plitəyə çırpılıb. Nəticədə sürücü ağır xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR