Hacıqabulda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2017 17:50 (UTC +04:00)

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunlar Hacıqabul rayon Qubalı-Baloğlan kənd sakini, 1966-cı il təvəllüldlü Hüseynova Sevda Mənsim qızı, habelə Rəncbər kənd sakinləri - 1956-cı il təvəllüdlü İbrahimova Gülarə Ağasəf qızı və 1985-ci il təvəllüdlü Bağırova Esmira Müzəffər qızıdır.

Adıçəkilən şəxslər müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

*** 19.10

Hacıqabulda mikroavtobus aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində baş verib.

“Mercedes” markalı mikroavtobus aşması nəticəsində iki sərnişin xəsarət alıb. Xəsarət alan şəxslər Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qəzanın təfərrüatları barədə əlavə məlumatlar veriləcək.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR