Bakıda ev yanıb

Bakıda ev yanıb
# 12 dekabr 2016 15:20 (UTC +04:00)

Bakıda evdə yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR