Birinci Avropa Oyunlarının ilk qalibi müəyyənləşib - VİDEO

Birinci Avropa Oyunlarının ilk qalibi müəyyənləşib - <span style="color: red;">VİDEO
# 13 iyun 2015 10:57 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yalnız 1 gün davam edəcək yarışda əvvəl qadınlar qüvvəsini sınayıblar. Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. Məsafəni 1 saat 31 dəqiqə 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. O, Oyunların ilk çempionu olub.

Yolandanın həmyerlisi Katrin Stirnemann 1:33.08 nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib – 1:33.13.

Azərbaycanı burada 27-ci sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib.

Qeyd edək ki, bu gün dağ velosipedi idmanında kişilərin da yarışı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR