Bakı. Hafiz Heydərov - APA. Sabirabad və Biləsuvar sakinlərindən 6 kiloqramdan çox narkotik götürülüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunda şəhər sakini Fərhad Mürsəlovdan 5 kiloqram 180 qram marixuana götürülüb.
Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Ağayevdən isə 1 kiloqram 30 qram tiryək müsadirə edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.