Dostunu qətlə yetirən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib

Dostunu qətlə yetirən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib
# 11 iyun 2018 14:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Xızı rayonunun Giləzi-Xızı yolunda baş verib.

Qabil Məmmədov mübahisə zəminində 38 yaşlı Vamiq Cəfərovu bıçaqlayaraq öldürməkdə ittiham olunur.

Q.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR