Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində DYP əməkdaşı ifadə verib

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində DYP əməkdaşı ifadə verib
# 25 iyul 2017 16:03 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə

DYP əməkdaşı Əkbər Quliyev ifadə verib. DYP əməkdaşı deyib ki, hadisə olmazdan əvvəl yolda təhlükəsizlik tədbirləri görülüb: "Yolun kənarında nasaz vəziyyətdə dayanan yük avtomobilinin arxasında xidməti maşınla dayanmışdım. Burada arxadan gələn avtomobillərin təhlükəsizliyini təmin edirdim".

Proses iyulun 27-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR