Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olub

Türkiyə səfirliyinin təhsil müşaviri BANM-də olub
# 04 noyabr 2016 07:33 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.

BANM-dən APA-ya bildirilib ki, Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq, Ali Məktəbdə qısa müddətdə görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib. Elmar Qasımov BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb.


Əbdülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb.


Görüşdə, BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, BANM-in YÖK-lə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR