ABŞ-da qaz kəmərində partlayış baş verib

ABŞ-da qaz kəmərində partlayış baş verib
# 01 noyabr 2016 01:21 (UTC +04:00)

ABŞ-ın Alabama ştatında qaz kəmərində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Alabama ştatının qubernatoru Robert Bentli bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Partlayışın “Colonial Pipeline” qaz kəmərində qeydə alındığı bildirilir.

R. Bentli bildirib ki, hazırda qaz kəməri yaxınlığında yaşayan əhali təxliyə edilir. İnsidentin səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR