İtaliya səfiri: “Azərbaycan və Ermənistan arasındakı dialoqda müəyyən müsbət nəticələr əldə olunub”

İtaliya səfiri: “Azərbaycan və Ermənistan arasındakı dialoqda müəyyən müsbət nəticələr əldə olunub”
# 16 fevral 2018 09:42 (UTC +04:00)

“Bəli, bu il İtaliya ATƏT-ə sədrlik edir. Bu il müzakirə olunacaq mövzuların proqramı keçən ilin yanvar ayında İtaliya XİN tərəfindən təqdim olunub”.

APA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin bu yaxınlarda Bakıya səfərini xatırladan səfir bildirib ki, İtaliya sədr olaraq, həmsədrlərin fəaliyyətini yaxından izləyir: “Tərəflər arasında siyasi dialoq həyata keçirilir. Müəyyən müsbət nəticələr əldə olunub. İtaliya ATƏT sədri olaraq ümid edir ki, bu dialoq daha yüksək səviyyədə keçiriləcək və müsbət nəticələnəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR