Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisi açılıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisi açılıb
# 22 may 2015 14:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ofisin açılış lentini Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu kəsib. Daha sonra ofisə baxış keçirilib.

Mərasimdə çıxış edən U. Rəhimoğlu deyib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövrlərində fəaliyyətə başlayıb, dünyada sülhün təbliğinə çalışıb: “Fəaliyyətimizdən 23 il keçir. Bu müddət ərzində BAMF dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, səfirliklər və beynəlxalq QHT-lərlə əlaqə qurub. Fondumuz BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi hüquqlu üzvüdür. Bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibənin əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir. Azərbaycanda vətəndaş cəmiyyətinə diqqət və qayğı olmasaydı, sözsüz ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu uğurlara imza ata bilməzdi”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR