Mingəçevirdə iki avtomobil toqquşub

Mingəçevirdə iki avtomobil toqquşub
# 29 noyabr 2017 10:11 (UTC +04:00)

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Mingəçevir şəhərinin M.Maqomayev prospektində qeydə alınıb.

90 ZB 640 dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı, 90 ZB 640 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn "Niva" markalı, 45 AA 024 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

"Volkswagen Passat" markalı avtomobilin sürücüsü Məhərrəm Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR