Azərbaycanın iri tütün istehsalçılarından biri emal gücünü artırır

Azərbaycanın iri tütün istehsalçılarından biri emal gücünü artırır
# 02 mart 2018 07:09 (UTC +04:00)

“İnterTobacco” MMC yetişdirilmiş tütünlərin daşınması, qəbulu və emal gücünün artırılması məqsədilə 2 lot üzrə açıq tender elan edir.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, tender üzrə lotlar Balakən rayonunda yeni tütün istehsalı və emalı məntəqəsinin tikilməsi satınalınması, eləcə də Qax və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulmuş tutumu 9 tonluq 60 ədəd tütün qurutma kameraları üçün bünövrə-platformalarının və talvarların tikintisi işlərinin aparılmasının satınalınması ilə bağlıdır.

Tenderdə hər lot üçün iştirak haqqı 100 (bir yüz) manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri aprelin 16-na qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə aprelin 24-nə qədər Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 nömrəli ünvana təqdim etməlidirlər.

İddiaçıların təklifləri aprelin 25-də qeyd olunan ünvanda açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR