Bakıda evdə yanğın olub

Bakıda evdə yanğın olub
# 20 oktyabr 2016 16:04 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda, bir dam altında yerləşən 3 ailəyə məxsus ümumi sahəsi 150 m2 olan evin 2 otaqlı mənzilində bir otağın və mətbəxin yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi və bitişik qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR