Bakıda qanunsuz dərman satan aptek sahibinə hökm oxunub

Bakıda qanunsuz dərman satan aptek sahibinə hökm oxunub
# 01 may 2018 13:03 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. G. İslamova barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekin sahibi İlkin Məmmədov və Günel İslamovaya Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR