Balakəndə 12 yaşlı velosipedçini maşın vurub

Balakəndə 12 yaşlı velosipedçini maşın vurub
# 18 iyul 2017 08:12 (UTC +04:00)

Balakəndə velosipedçini maşın vurub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə iyulun 17-də axşam saatlarında rayonun Meşəşanbul kəndində qeydə alınıb. Kənd sakini İbrahim Abdulla oğlu Gəncəyev “Niva” markalı, 99 GN 994 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən avtomobilin qarşısına çıxan velosipedçi, həmkəndlisi, 2005-ci il təvəllüdlü Şamil Ramazan oğlu Hümbətovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 yaşlı oğlan Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Ona sol bud sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR