Liviya təyyarəsini qaçıranlar Malta hökumətinə təslim olublar - YENİLƏNİB-1

Liviya təyyarəsini qaçıranlar Malta hökumətinə təslim olublar - <span style="color: red;">YENİLƏNİB-1
# 23 dekabr 2016 17:15 (UTC +04:00)

Liviya təyyarəsini qaçıran şəxslər Malta hökumətinə təslim olublar.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Maltanın baş naziri Cosef Muskat bəyan edib.

“Cinayətkarlar təslim olub, onların üzərində axtarış aparılıb və həbs ediliblər“, deyə C.Muskat bildirib.

Onun sözlərinə görə, son ekipaj üzvləri təyyarəni tərk edib. Bundan əvvəl təyyarəni qaçıranlar sərnişinləri sərbəst buraxıb.

Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.

***

16:10

Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxdığı barədə məlumat yayılıb.

APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıb. Sərnişinlərin dəqiq sayı göstərilmir. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.

***

Saat 15:14

Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, içərisində 118 nəfər olan təyyarə Maltaya enib.

İlkin məlumata əsasən 2 naməlum şəxs təyyarəni partlamaqla hədələyib. Onların tələbləri hələlik bəlli deyil. Bəzi xəbərlərə görə isə, təyyarədə olan silahlı şəxs tələblərinin yerinə yetiriləcəyi təqdirdə, sərnişinləri buraxacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR