Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşüb

Rövnəq Abdullayev  FİFA prezidenti ilə görüşüb
# 05 may 2015 12:50 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Sürix şəhərindəki görüş AFFA-nın təşəbbüsü ilə baş tutub.

Tədbirdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FİFA prezidentinə təqdim olunub. Görüş zamanı ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə FİFA-nın baş katibi Cerom Valcke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR