Kaliforniyada klinikada bomba partladılıb

Kaliforniyada klinikada bomba partladılıb
# 19 oktyabr 2016 09:19 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Kaliforniya ştatında klinikalardan birinin ərazisində əldəqayırma bomba partladılıb.

APA-nın KTVU telekanalına istinadən verdiyi məlumata görə, oktyabrın 18-də Oklend dairəsində yerləşən klinikada kişi əlil kreslosunda əldəqayırma bombanı işə salaraq özünü partladıb.

Hadisə yerinə istehkamçılar gəlib, lakin ərazidə başqa partlayıcı qurğu aşkarlanmayıb.

Hazırda araşdırma gedir. Polis intihar versiyasını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR