Şəmkirdə kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

Şəmkirdə kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
# 04 dekabr 2016 22:41 (UTC +04:00)

Şəmkirdə kütləvi dava olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Dava zamanı iki nəfər qəsəbə sakini, 1981-ci il təvəllüdlü Zamik Hüseynov döş qəfəsindən və 1984-cü il təvəllüdlü Şəmsi Bağırov isə bel nahiyəsindən bıçaqlanaraq Şəmkir rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin Kür qəsəbə polis bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR