Hitlerin müəllifi olduğu rəsm əsəri 161 min dollara satılıb

Hitlerin müəllifi olduğu rəsm əsəri 161 min dollara satılıb
# 23 noyabr 2014 01:32 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Nyünberq Hərrac Evi 1914-cü ildə Adolf Hitler tərəfindən çəkilən Münhen ratuşa binasının rəsmini 161 min dollara satıb.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, hərracın təşkilatçıları rəsm əsərinin Yaxın Şərqdən olan və adının açıqlanmasını istəməyən şəxsə satıldığını bildiriblər.

Qeyd edək ki, rəsm əsəri satışa Almaniyadan olan iki yaşlı bacı tərəfindən çıxarılıb. Əldə olunan məbləğin 10 faizinin xeyriyyə tədbirlərinə yönəldiləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR