APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Erik Furnye (Eric Fournier) Ermənistanda səfərdə olarkən deyib.
E. Furnye bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı Paris görüşü oktyabrın ən prioritet mövzularından biridir: “Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə biz tərəflər arasında qarşılıqlı inam atmosferinin yaranmasına çalışacağıq ki, danışıqlarda irəliləyiş əldə etmək mümkün olsun”.