Daşkəsəndə partlayış olub, ana və 8 yaşlı oğlu xəsarət alıb - VİDEO

Daşkəsəndə partlayış olub, ana və 8 yaşlı oğlu xəsarət alıb - <span style="color: red;">VİDEO
# 10 dekabr 2014 13:18 (UTC +04:00)

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Alünitdağ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. S. Bayramova və 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya onların vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, partlayış baş verən ev yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR