Ali məktəblərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib
# 03 avqust 2015 08:24 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün saat 11.20-yə olan məlumata görə 11 647 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR