Rusiyada məktəbdə baş verən kütləvi davada müəllim və 14 şagird bıçaqlanıb - YENİLƏNİB

Rusiyada məktəbdə baş verən kütləvi davada müəllim və 14 şagird bıçaqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 15 yanvar 2018 08:34 (UTC +04:00)

Rusiyanın Perm şəhərində məktəbdə baş verən insidentin detalları açıqlanıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, dərs zamanı iki məktəbli arasında başlayan dava bıçaqlanma ilə nəticələnib. Məktəblilərin hər ikisində bıçaq olub.

Müəllimlər və şagirdlər onları ayırmağa çalışan zaman xeyli şəxs bıçaq xəsarətləri alıb.

Ümumilikdə bir qadın müəllim və 14 şagird yaralanıb. Xəsarət alanlar arasında dava edənlər də var. Müəllim və 16 yaşlı şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Məktəbdən 700 nəfər təxliyə olunub, dərslər dayandırılıb.

Faktla bağlı iki və daha artıq şəxsin həyatına qəsd maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədənlər saxlanılıb.

Qeyd edək ki, ilk olaraq iki maskalı şəxsin məktəbə hücum etdiyi barədə məlumat yayılmışdı.

***

10.22

Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum edib.

APA-nın “Dojd” kanalına istinadən verdiyi xəbərə görə, bu barədə Perm Administrasiyasının informasiya siyasəti departamentinin rəhbəri Andrey Kamenski məlumat verib. O bildirib ki, hadisə nəticəsində 5 şagird və bir müəllim xəsarət alıb. İlkin məlumata əsasən hücum edənlərin sayı 2 nəfər olub.

Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR