Suriyanın kimyəvi silahlarının məhvi ilə bağlı missiyanın rəhbərinin adı məlum olub

Suriyanın kimyəvi silahlarının məhvi ilə bağlı missiyanın rəhbərinin adı məlum olub
# 14 oktyabr 2013 08:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin və Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın Suriyanın kimyəvi silahlarının məhvi ilə bağlı birgə missiyasının rəhbərinin adı məlum olub. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycanın daimi nümayəndəsi Aqşin Mehdiyevə göndərdiyi məktubunda bu vəzifəyə Siqrid Kaaqın (Sigrid Kaag) təyin olunduğunu bildirib. Oktyabrın 16-da BMT TŞ bu təyinatı təsdiqləməlidir.

S. Kaag 2007-ci ildən bəri UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru olub. Onun rəhbərlik edəcəyi missiya Suriya paytaxtında, ikinci qərargah isə Kiprdə yerləşəcək. Missiyanın tərkibinə 100-ə yaxın ekspert daxil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR