Rövşən Bayramov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq - FOTOSESSİYA - YENİLƏNİB-2

Rövşən Bayramov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB-2
# 14 avqust 2016 17:35 (UTC +04:00)

Bakı-APA. Rövşən Bayramov yarımfinalda yaponiyalı rəqibi Şinobu Ota ilə görüşdən məğlub ayrılıb.

APA-nın məlumatına görə, R.Bayramov bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxacaq.

***

saat 18.48

Bakı-APA. Güləşçimiz Rövşən Bayramov ikinci görüşündən də qələbə ilə ayrılıb.

APA-nın məlumatına görə, Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

***

saat 18.13

Bakı-APA. “Rio-2016“ Olimpiya Oyunlarında doqquzuncu günündə - avqustun 14-də Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub.

APA-nın məlumatına görə, turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı R.n Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.

R.Bayramov rəqibini məğlub edərək 1/4 final mərhələsinə adlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR