Nazir: "Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb”

Nazir: "Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb”
# 27 sentyabr 2016 09:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakıda turizm işçilərinin peşə bayramı münasibəti ilə mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev peşə bayramının təsis olunmasını turizm sənayesinin gələcək inkişafı üçün həlledici addım kimi dəyərləndirib. Nazir deyib ki, son illərdə Azərbaycana gələn turistlərin sayında böyük artım qeydə alınıb: "Təkcə bir faktı qeyd etmək lazımdır ki, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 8 dəfə çoxdur. Bu sahədə aparılan dövlət siyasəti artıq müsbət nəticəsini verməkdədir. Sevindirici haldır ki, təkcə ərəb ölkələrindən yox, Rusiya və Qazaxıstandan da çoxsaylı turist gəlir. Hazırda əsas istiqamətimiz xidmət səviyyəsində keyfiyyət dəyişikliyinə nail olmaqdır".

Nazir əlavə edib ki, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində beynəlxalq təcrübədən istifadə edilir: "Yeni layihə Milli Məclisdə müzakirə olunacaq. Bu qanunun qəbulu inkişafı daha da sürətləndirəcək. Artıq əminliklə deyə bilərik ki, Azərbaycanın yeni strategiyasında turizm özünəməxsus yer tutur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR