Tərcümə Mərkəzinin “Atamın dostları” kitabı nəşr olunub

Tərcümə Mərkəzinin “Atamın dostları” kitabı nəşr olunub
# 21 noyabr 2016 12:25 (UTC +04:00)

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - Azərbaycanəsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən irihəcmli memuarlar toplusu tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın Azərbaycan dilinə tərcüməçi və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR