Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı başa çatıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı başa çatıb
# 24 noyabr 2016 08:11 (UTC +04:00)

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sabiq prezident, baş nazir və tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə baş tutan görüşün panel iclaslarında Avropada multikulturalizm, tolerantlıq təcrübəsi, hökumətlərin multikulturalizm üçün dəstəyi, multikulturalizmin görünən riskləri və onları azaltmağın yolları, eləcə də Avropada sülhün gələcəyi və Balkanlardakı problemlər geniş müzakirə olunub. Müzakirələrdə qeyd olunub ki, bu gün bütün dünyada müsəlmanların hüquqlarının pozulması halları artmaqdadır.

Bosniya və Herseqovinadakı Yəhudi icmasının rəhbəri Yakob Finci isə Bosniyada yəhudilərə olan münasibəti multikulturalizm nümunəsi adlandırıb.

Panelin iştirakçıları miqrasiya axınının təsirinə məruz qalan Avropa multikulturalizminin gələcəyini, ümumiyyətlə, Avropada sülhün gələcəyini, qitəyə təsir gəstərən dünya siyasətindəki yeni aksentləri müzakirə ediblər.

Müzakirələrdə bölünmüş İttifaqın Balkanlara qarşı öhdəliklərini necə yerinə yetirəcəyi, miqrasiya, yeni millətçi sağ hərəkatının baş qaldırmasının sülhün gələcəyini təhlükəyə alması ilə bağlı problemlərdən çıxış yolları axtarılıb.

Toplantıda 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri də diqqət mərkəzində olub, Forumun gündəliyinə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı noyabrın 22-23-də keçirilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR