Bakı turistlərin üstünlük verdiyi şəhərlər siyahısında ilk beşlikdə yer alıb

Bakı turistlərin üstünlük verdiyi şəhərlər siyahısında ilk beşlikdə yer alıb
# 07 dekabr 2016 13:15 (UTC +04:00)

Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb. Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq bildirib ki, səyahət sevərlərin 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və mədəniyyətə malik ölkə kimi səciyyələndirib.

Siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb.

Saytın təqdim etdiyi onluqda El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları var.

Qeyd edək ki, tripadvisor.com saytı artıq 5-ci ildir? daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələrinin reytinq sıralamasını açıqlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR