Bu günədək ölkə üzrə 84,5 min ton pambıq tədarük olunub

Bu günədək ölkə üzrə 84,5 min ton pambıq tədarük olunub
# 13 dekabr 2016 09:42 (UTC +04:00)

Dekabrın 12-dək ölkə üzrə pambıq tədarükü 84 min 494,8 ton təşkil edib. Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci il dekabrın 14-dək olan göstərici ilə müqayisədə 2,4 dəfə və ya 35 min 192 ton çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11 472,8 ton "ağ qızıl" yığıblar. Biləsuvarda 10 865,8 ton, İmişlidə 9 677,9 ton, Ağcabədidə 8 540,9 ton, Beyləqanda 7 607 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52 057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR