Sumqayıt Dövlət Dram Teatrında “Oğru” tamaşasının premyerası keçirilib

Sumqayıt Dövlət Dram Teatrında “Oğru” tamaşasının premyerası keçirilib
# 21 dekabr 2016 07:28 (UTC +04:00)

Sumqayıt Dövlət Dram Teatrında “Oğru” tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransa yazıçısı Marsel Berkye-Marinyenin əsəri əsasında hazırlanan komediyanın rejissoru Rövşən Almuradlıdır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Qeyd edək ki, R. Almuradlı 2011-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında alman dramaturqu Fridrix Dürremantın “Yaşlı xanımın gəlişi” tamaşasına quruluş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR