Olimpiya çempionumuz mövqeyini qorudu, Harçeqani 3 pillə irəlilədi

Olimpiya çempionumuz mövqeyini qorudu, Harçeqani 3 pillə irəlilədi
# 09 yanvar 2017 10:15 (UTC +04:00)

Dünya Taekvondo Federasiyası ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar üçün Olimpiya çəkiləri üçün açıqlanan cədvəli Azərbaycan üçün uğurlu saymaq olar.

Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Aktivində 504.07 xalı olan idmançımız ən yaxın izləyicisi Dmitri Şokini (Özbəkistan) 130,85 xal qabaqlayır.

Olimpiadanın bürünc medalçısı Milad Beiqi Harçeqani (80 kq) isə mövqeyini yaxşılaşdırıb. 3 rəqibini qabaqlayan təmsilçimiz ikinci yerə yüksəlib. O, 336,23 xala malikdi.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də irəliləyənlər sırasındadı. Komandalararası dünya çempionatının qalibi olan həmyerlimiz 4 pillə irəliləməklə, “onluğ”a daxil olub. 175,82 reytinq xalı olan Tağızadə 8-cidi.

Xanım taekvondoçularımızdan Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) da ən güclülərin qərarlaşdığı “16-lıq”dadılar. Onlar müvafiq olaraq, 16-cı (205,32 xal) və 13-cüdü (205,00).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR