Regional Mədəniyyət və Turizm İdarələrinə yeni rəislər təyin olunub

Regional Mədəniyyət və Turizm İdarələrinə yeni rəislər təyin olunub
# 26 yanvar 2017 09:02 (UTC +04:00)

Bir sıra Regional Mədəniyyət və Turizm İdarələrinə yeni rəislər təyin olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən Ramiz Quliyev Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quluyev isə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR